Simsar.az | bizi özünüzə Simsar bilin
3 yaşlı uşaq beşiyində yandı

Ağstafa rayonunda 3 yaşlı körpə yanıq xəsarətləri alıb.

Simsar.az-ın  Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb.

Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.

11 Yanvar, 2017  13:00 Baxılıb: 1439

Bu bölmədə