Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Davos forumuna qatılacaq

Hər il İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunda kimlərin iştirak edəcəyi açıqlanıb. Simsar.az Virtualaz.org- a istinadən xəbər verir ki, forumun təşkilatçıları bu ilki toplantılara dünyanın 30-dan çox ölkəsinin dövlət və hökumət başçılarının qatılacağını açıqlayıblar. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev də yer alır.

Habelə dekabrın 17-dən 20-nədək davam edəcək forumda ABŞ-ın səlahiyyət müddəti elə həmin günlərdə başa çatacaq vitse-prezidenti Cozef Bayden, Böyük Britaniyanın baş naziri Tereza Mey, Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya baş nazirinin müavini Olqa Qolodets, BMT Baş katibi Antonio Qutteres, Çin lideri Xu Tszinpi və digərləri də forumda iştirak edəcək. Türkiyəni maliyyə naziri Mehmet Şimşek və iqtisadiyyat naziri Nihat Zeybekçi təmsil edəcək.

11 Yanvar, 2017  12:47 Baxılıb: 1093

Bu bölmədə