Simsar.az | bizi özünüzə Simsar bilin
Fəsillərin Azərbaycana gəlmə vaxtı açıqlanıb

Azərbaycanda 2017-cı il üçün ilin fəsillərinin gəlmə vaxtı açıqlanıb. AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də olacaq.

O qeyd edib ki, yay iyunun 21-i Bakı vaxtilə saat 08:24-də, payız sentyabrın 22-si Bakı vaxtı ilə saat 00:02-də, qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də Azərbaycana gələcək.

11 Yanvar, 2017  12:34 Baxılıb: 1463

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası