Simsar.az | bizi özünüzə Simsar bilin
İstanbulda məscidin damı uçdu-Ölən və yaralılar var

İstanbul şəhərinin Ataköy rayonundakı məscidin həyətində quraşdırılan çadırın damı çöküb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata əsasən, üzərinə qar yığılan örtük ağırlıq nəticəsində çöküb. Həmin vaxt cənazə namazı qılınırmış.

Məscidin həyətinə təcili tibbi yardım maşınları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

10 Yanvar, 2017  17:39 Baxılıb: 2086

Bu bölmədə