AŞ PA həmməruzəçiləri Azərbaycana gəlirlər
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Predanın 12-14 yanvarda Bakıya səfər edəcəyi planlaşdırılır. Ş.Şennak və S.Predanın ölkə rəhbərliyi, o cümlədən parlament spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, Baş prokuror, Vəkillər Kollegiyasının sədri, həmçinin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri daxil olmaqla, parlamentarilərlə görüşəcəyi nəzərdə tutulur. Bundan başqa, həmməruzəçilər vətəndaş cəmiyyətinin və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri ilə görüşməyi planlaşdırırlar.
10 Yanvar, 2017 17:11 ⁄ Baxılıb: 1462
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |