21 yaşlı oğlan özünü binadan atdı
Bakıda 21 yaşlı oğlan özünü binanın 19-cu mərtəbəsindən yerə atıb. "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Əliyev Murad Eldar oğlu Əsəd Əhmədov küçəsində yerləşən 19 mərtəbəli yarımtikilinin 19-cu mərtəbəsindən intihar etmək məqsədilə özünü yerə atıb. M.Əliyev hadisə yerində ölüb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb.
10 Yanvar, 2017 16:46 ⁄ Baxılıb: 1446
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |