27 ölkədən "Formula 1" yarışlarına biletlər alınıb
Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün artıq 27 ölkədən biletlər alınıb. Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib. N.Arpadarai bildirib ki, 2016-cı il dekabrın 2-dən bu günədək satılan biletlərin 62,3 faizi Rusiyanın, 8,9 faizi Böyük Britaniyanın, 8,1 faizi Azərbaycanın payına düşür. Bilet alışına görə ilk onluğa daxil olan ölkələr Rusiya, Böyük Britaniya, Azərbaycan, Almaniya, Gürcüstan, Ukrayna, Monako, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan və İsveçrədir. Çin, Sinqapur və Vyetnam kimi Asiya ölkələrindən də 2017 Formula Azərbaycan Qran Prisinə maraq göstərənlər var. Hazırda biletlər 30 faizədək endirimli qiymətlərlə təklif olunur. Bu kampaniya yanvarın 31-dək davam edəcək və növbəti endirim olmayacaq.
10 Yanvar, 2017 15:32 ⁄ Baxılıb: 2212
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |