Osmanlı xanədanının başçısı Nyu Yorkda dəfn edildi
Osmanlı İmperiyasının 31-ci sultanı Sultan Ədülməcidin nəticəsi, xanədanın 44-cü başçısı Osman Bəyazid Osmanoğlu Nyu Yorkda dəfn edilib. Trend-in məlumatına görə, ABŞ-da 93 yaşında vəfat edən O.Osmanoğlunun dəfn mərasimində Osmanlı ailəsinin və türk icmasının üzvləri iştirak ediblər. 1924-cü ildə Parisdə anadan olan sonuncu xanədan başçısı uzun illər Nyu York kitabxanasında çalışıb. ABŞ-da "Mister Bəy" kimi tanınan O.Osmanoğlu 2009-cu ilin sentyabr ayında İstanbulda vəfat edən Osman Ərtoğrul Əfəndidən sonra xanədanın başçısı olmuşdu. Osmanlı ailəsinin yeni başçısı Suriyanın paytaxtı Dəməşqdə yaşayan Dündar Əfəndi olacaq.
10 Yanvar, 2017 14:41 ⁄ Baxılıb: 2374
Bu bölmədə18 Oktyabr, 2023 Türkiyədə üçgünlük matəm elan olunub6 Fevral, 2023 Türkiyədə deputat və ailəsi dağıntılar altında qalıb19 Dekabr, 2022 Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı21 Noyabr, 2022 Türkiyədə meşə yanğını başlayıb28 İyun, 2022 Cüneyt Arkın vəfat etdi |