Simsar.az | bizi özünüzə Simsar bilin
Qadın alveri ilə məşğul olan şəxs tutulub

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs həbs edilib. Bu barədə Simsar.az -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə o, tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

10 Yanvar, 2017  14:13 Baxılıb: 1319

Bu bölmədə