Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan nümayəndə heyəti Rəfsəncaninin dəfn mərasiminə gedəcək

Azərbaycan nümayəndə heyəti İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək. Simsar.az -ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə də İran və Azərbaycan arasında güclü əlaqələr mövcud olub. C.Cahangirzadə vurğulayıb ki, bu gün də iki ölkə arasında münasibətlər inkişaf edir:“Biz qardaş ölkə olaraq hər zaman bir-birimizin yanındayıq, dərdimizə şərikik. Bu qardaşlığın hər zaman inkişaf etməsini istəyirik”.

10 Yanvar, 2017  12:54 Baxılıb: 1720

Bu bölmədə