Simsar.az | bizi özünüzə Simsar bilin
Sürüşmə ərazilərində torpaq uçqunları baş verib - ŞAMAXIDA

Şamaxıda yağan qarın əriməsi sürüşmə ərazilərində torpaq uçqunlarının baş verməsinə, evlərin və əkin sahələrinin yararsız vəziyyətə düşməsinə səbəb olub. Simsar.az ARB Şəki-yə istinadən xəbər verir ki, ən təhlükəli sürüşmə ocaqlarının yerləşdiyi Mədrəsə qəsəbəsində baş verən torpaq axını yenidən aktivləşib. Evlərin divarlarındakı çatlar hər gün daha da genişlənir. Artıq kənddə 7 ev qəzalı vəziyyətə düşüb. Bu səbəbdən sakinlər öz evlərində gecələməkdən ehtiyat edirlər. Sürüşmə əkin sahələrində də qeydə alınıb. Nəticədə sahələr yararsız vəziyyətə düşüb.

9 Yanvar, 2017  20:36 Baxılıb: 1676

Bu bölmədə