Belarus 80 ölkə ilə vizasız rejimə keçdi
Belarus prezidenti Aleksandr Lukaşenko “Xarici vətəndaşların ölkəyə girişinin vizasız rejiminin yaradılması” barədə fərman imzalayıb. Trend bu barədə “Belta” agentliyinə istinadən məlumat verir. Fərmanda qeyd olunur ki, 80 ölkənin vətəndaşları beş gün müddətinə Belarusa vizasız daxil ola bilər. Bu fərman Avropanın 39 ölkəsinə, eləcə də Braziliya, İndoneziya, ABŞ, Yaponiya və digər ölkələrə şamil olunur. Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu addım xarici biznesmenlərin və turistlərin ölkəyə səfərlərinin artırılması məqsədilə atılıb. Fərman nəşr olunduğu gündən bir ay sonra qüvvəyə minir.
9 Yanvar, 2017 20:20 ⁄ Baxılıb: 1564
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |