Simsar.az | bizi özünüzə Simsar bilin
Qərib Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Qərib Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Simsar.az -ın məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikasında aqrar elminin inkişafında xidmətlərinə görə Qərib Şamil oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Qərib Məmmədovun 70 illik yubileyidir. O, 1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının müdiridir. 2011-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi olub. 2016-cı ildən AMEA-nın aqrar məsələlər üzrə müşaviridir. Ailəlidir, iki övladı var.

9 Yanvar, 2017  19:42 Baxılıb: 1454

Bu bölmədə