Simsar.az | bizi özünüzə Simsar bilin
Şəkidə sex yanıb

Şəki şəhərində sexdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Simsar.az -a verilən məlumata görə, Şəki şəhərində avtomobil təmiri sexində təmirə dayanmış, vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


9 Yanvar, 2017  16:39 Baxılıb: 1532

Bu bölmədə