Cəlilabadda dəhşətli qəza: 6 yaralı
ARB TV xəbər verir ki, hadisə Ələt-Astara magistralının 135-ci km-də, rayonun Alar Qarazəncir kəndindən keçən hissəsində baş verib. İki "VAZ 21-06" markalı avtomobilin toqquşması nəticəsində sürücülər də daxil olmaqla 6 nəfər rayon sakini - Mətləb Zeynalov, Aşur Amanov, Təranə Niftiyeva, Zahid Həsənov, Hicran Həsənova, Nicat Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olaraq qalır. Qəzaya avtomobillərdən birinin idarəetmədən çıxmasının səbəb olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.
9 Yanvar, 2017 16:12 ⁄ Baxılıb: 1589
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |