Simsar.az | bizi özünüzə Simsar bilin
Mübariz Mənsimov bunu FHN-nə bağışladı

Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə xüsusi hədiyyə edib.

“Qafqazinfo”nun məlumatına görə, nazirliklə şirkət arasında əldə olunmuş razılığa əsasən “Palmali”yə aid “DeepFlight DF-302 Super Falcon 2” sualtı qayığı FHN-ə bağışlanıb.

Qeyd edilir ki, adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən nefçilərin axtarışına da tövhə verəcəyi istisna deyil.

Razılaşma predmeti olan “DeepFlight DF-302 Super Falcon” sualtı qayığı 2014-cü ildə istifadəyə verilib. Qayığın uzunluğu 6.3 metr, eni 2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən «DeepFlight DF-302 Super Falcon» üç sürət rejiminə malikdir və rahat idarəolunması ilə seçilir.

 

9 Yanvar, 2017  15:52 Baxılıb: 1561

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası