Simsar.az | bizi özünüzə Simsar bilin
“Türk Hava Yolları”nın uçuşları təxirə salınıb

“Türk Hava Yolları” aviaşirkəti İstanbulun hava limanlarında 378 ölkədaxili və beynəlxalq reysi təxirə salıb. Simsar.az -ın məlumatına görə, bu qərar davam edən pis hava şəraiti ilə əlaqədar qəbul edilib.

Ötən həftə sonu İstanbulda 1100-ə yaxın uçuş təxirə salınmışdı. Qeyd edək ki, İstanbul və ətraf bölgədə sərt soyuqlar üç gündür ki, davam edir. Şəhər yollarında da buzlanma səbəbi ilə nəqliyyatın hərəkəti çətinləşib. Bosfor boğazının da gəmilər üçün bağlanması barədə məlumat verilib.

 

9 Yanvar, 2017  12:59 Baxılıb: 1886

Bu bölmədə