Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev bir neçə ölkənin səfirlərinin etimadnaməsini qəbul edib

Simsar.az -xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marin Mittusun etimadnaməsini də qəbul edib.

Azərbaycan Prezidenti, həmçinin Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini qəbul edib.

9 Yanvar, 2017  12:43 Baxılıb: 1487

Bu bölmədə