Simsar.az | bizi özünüzə Simsar bilin
Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? - Təhsil Nazirliyi

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.

Bununla belə, I-IX siniflərdə tədris olunan “Həyat bilgisi” fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi II yarımildən dayandırılıb.

7 Yanvar, 2017  12:42 Baxılıb: 1438

Bu bölmədə