Simsar.az | bizi özünüzə Simsar bilin
İstanbul-Bakı reysləri təxirə salındı

Türkiyənin İstanbul şəhərində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, yanvarın 7-nə planlaşdırılan İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb.Bu barədə Simsar.az "Türk Hava Yolları"na istinadən məlumat verir.

Təyyarə yerli vaxtla yanvarın 7-si saat 16:05-də İstanbuldan havaya qalxmalı, Azərbaycan paytaxtından İstanbula isə Bakı vaxtı ilə saat 20:55-də uçmalı idi.

Ümumilikdə İstanbul aeroportlarında THY-nin 7-8 yanvar tarixinə ləğv edilən daxili və beynəlxalq reyslərinin sayı 192-yə çatıb.

Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi.


6 Yanvar, 2017  18:27 Baxılıb: 1579

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası