Simsar.az | bizi özünüzə Simsar bilin
Bu qız Bakı-Sumqayıt qatarının milyonuncu sərnişini oldu

Bu gün Bakı-Sumqayıt elektrik qatarından sayca milyonuncu sərnişin istifadə edib.

Trend-in məlumatına görə həmin sərnişin Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Leyla Hüseynzadə olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov milyonuncu sərnişini təbrik edib və ona iki ay müddətinə Bakı-Sumqayıt qatarından ödənişsiz gediş hədiyyə edib.

Qeyd edək ki, Bakı-Sumqayıt elektrik qatarı 2015-ci il sentyabrın 12-də istifadəyə verilib.

6 Yanvar, 2017  17:36 Baxılıb: 1699

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası