Məhbus şalvarının kəməri ilə özünü asdı
Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus şalvarının kəməri ilə özünü asaraq intihar edib. "Report"un xəbərinə görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nizami rayonu, Böyük Şor qəsəbəsində yerləşən 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində baş verib. Orada cəza çəkən 1984-cü il təvəllüdlü Aslanov Mahir Nazir oğlu müəssisəsin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
6 Yanvar, 2017 17:02 ⁄ Baxılıb: 1668
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |