Simsar.az | bizi özünüzə Simsar bilin
Putin ordusunu Suriyadan çıxarır

Rusiya Müdafiə Nazirliyi ölkə prezidenti Vladimir Putinin qərarına uyğun olaraq Suriyada qoşun qruplarının azaldılmasına başlayıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sözlərinə görə, münaqişə zonasını ilk olaraq "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisi tərk edəcək.

O, həmçinin hərbi əməliyyatların keçirildiyi zonadan "Kuznetsov"la yanaşı, "Pyotr Velikiy" kreyserinin, eləcə də onları müşayiət edən gəmilərin ayrılacağını bildirib.


6 Yanvar, 2017  14:41 Baxılıb: 1798

Bu bölmədə