Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli dəyişdiriləcək.  “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, sərnişindaşımanı optimallaşdırmaq məqsədi ilə yanvarın 7-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları "Bakı-sərnişin" stansiyasından saat 08:00, 08:30, 08:55, 16:00, 17:30, 18:05, 18:30, 18:45, 19:10, 19:40 və 20:30-da, "Sumqayıt-sərnişin" stansiyasından 07:10, 07:30, 07:45, 08:00, 08:50, 09:17, 09:50, 16:55, 18:18, 18:50 və 19:30-da yola düşəcək. Bundan başqa, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

6 Yanvar, 2017  13:21 Baxılıb: 1538

Bu bölmədə