Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin iqamətgahına 20 hava zərbəsi

NATO qüvvələri 3 nəfəri öldürdü, 150 nəfəri yaraladı

Qəddafinin iqamətgahı yenə bombalandı 

NATO qırıcı təyyarələri bu gecə Liviyanın paytaxtı Tripoliyə əməliyyatlar başlayandan bu günə qədər ən güclü hava zərbəsini endirib.

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Qəddafinin iqamətgahına 20 hava zərbəsi endirilib. 

Hədəflərdən biri yenə də Liviya prezidenti Müəmmər Qəddafinin iqamətgahı olub. Partlayışın səsi hətta xarici jurnalistlərin qaldığı oteldə də eşidilib.

Hava zərbəsi nəticəsində 3 nəfər ölüb, 150 nəfər yaralanıb.

24 May, 2011  13:39 Baxılıb: 1119

Bu bölmədə