Simsar.az | bizi özünüzə Simsar bilin
Elariz “Hara getsəm” deyəcək

Mahnının klipi ona pulsuz basha gəlib

Populyar Azərbaycan estrada müğənnsi Elariz Məmmədoğlu durmadan yaradıcılığında yeniliklər etməyə davam edir. İlin əvvəlində söz və musiqisi özünə məxsus olan "Hara getsəm" adlı mahnısını dinləyicilərin ixtiyarına buraxan, müğənni simsar.az-a açıqlamasında bəstənin ona uğur gətirdiyindən ağızdolsu danışdı. "Hara getsəm" mahnımın necə ərsəyə gəlməsindən zəhmətim böyük olsa da yenə də təkrarlamaq istəyirəm ki, mən nə şair, nə də bəstəkaram. Sadəcə sevgi dünyamdan yazıram. Və əsl sevginin nə olduğunu yaşayan pərəstişkarlarımdan müsbət qiymət alıram. Xüsusi olaraq vurğulamaq istərdim ki, yaxın dostum rejissor Rəhman Əliyev heç bir təmənna güdmədən "Hara getsəm"ə çox maraqlı bir klip çəkib. Və ekran işi tam hazırdır. Ancaq jurnalistlər məndən inciməsinlər, bu dəfə təmtəraqlı klip təqdimatı keçirmək niyyətində deyiləm. Media mənsublarına hesabat vermədən, klipi tamaşaçılara təqdim edəcəyəm. Dördüncü hakimiyyətin nümayəndələri ilə isə daha böyük yaradcılıq işlərimi gerçəkləşdirəcəyim zaman görüşməyi planlaşdırıram. Gerçəkləşdirəcəyim layihə sürpriz olduğundan bu barədə indidən danışmaq istəmirəm"-Elariz belə dedi.

Mirqayda Mahmudbəyli

23 May, 2011  23:35 Baxılıb: 1645

Bu bölmədə