Nigar Camalın ailə fotosu
Nigar Camalın ailə şəkli xarici mətbuatda yer alıb. Azərbaycanın “Eurovision-2011” müsabiqəsində təmsilçilərindən biri olan Nigar Camalın ailə şəkli xarici mətbuatda yer alıb. APA-nın Böyük Britaniyanın “The Sun” qəzetinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu qəzetin səhifəsində Nigar Camalın həyat yoldaşı Halukla (Luke) birgə fotosu dərc edilib. Londonda olarkən bu qəzetə müsahibə verən Nigar Camal bəzi məqamlara da toxunub: ““X Factor” yarışmasında iştirak etmək arzum olub, ancaq bu istəyim alınmadı. Azərbaycanda olarkən mənə “Eurovision” müsabiqəsinin milli seçim turuna qatılmağı təklif etdilər. Sonda da 21 yaşlı Eldarla qalib oldum”. Qəzet yazır ki, Şimali Londonda yaşayan iki uşaq anası, hazırda postsovet məkanının ulduzuna çevrilib. Nigar Camal qəzetə qalibiyyətdən sonra Azərbaycana gəlişləri zamanı mindən artıq insanın onları qarşılamağa gəldiyini deyib: “Minə yaxın insan bizi qarşılamaq üçün aeroporta gəlmişdi. “X Factor”a qatılmamışam, bəlkə də bu bir taledir. Amma Simon Coveli çox sevirəm, çünki o hər zaman düz deyir. Bu cəhət mənim ən çox sevdiyim cəhətdir. Şeril Koul də mənim ən çox sevdiyim müğənnidir, onun kimi olmaq istərdim. Bir neçə ay bundan əvvəl mən sadə evdar xanım idim, indi isə “Eurovision”un qalibiyəm. Bu mənim ən böyük arzum idi. Buna baxmayaraq, özümü super-star, qeyri-adi insan hesab etmirəm”.
23 May, 2011 20:35 ⁄ Baxılıb: 2509
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |