Simsar.az | bizi özünüzə Simsar bilin
Moskva məscidləri - FOTOREPORTAJ

Moskvada oldugum vaxtda 3 milyona yaxın musəlmanın yaşadığı şəhərin məscidləri ilə tanış olmaq istədim. Təəssüflər olsun ki az sayda məscid var böyük və qarmaqarışıq, soyuq Moskva şəhərində. 3-4 məscid tapdım. Məscidlərə yaxınlaşıb içinə daxil olsam da söz soruşmağa 1 nəfər də olsun məscid xidmətçisi tapa bilmədim. Diqqətimi çəkən məsəslələrdən biri isə şəhərin məscidlərinə əsasən tatarların hakim olması idi. Ölkəmizdən Moskvaya bu qədər insan axını olmasına baxmayaraq getdiyim məscidlərin heç birində azərbaycanlı ilə qarşılaşmadım. Daha çox tatarlar və qazaxların ibadət etdiyi məscidlərdə ara-sıra rusları da görmək mümkündür. Məscidlərin ətrafında olan dini kitab və dini suvenirler mağazaları da diqqətdən qaçmır. Moskvada da nəzir qutuları var. Üzərinə sədəqə zəkat yazılan qutulara yaxınlaşanlar isə az deyil. Halal kolbasa və digər konserv məhsulların satışı da məhz məscidlərin ətrafında təşkil edilib. Məscid qapılarının yanında əlində quran kitabı olan mollalara Moskvada da rast gəlmək olar. Həmin şəxslər məscidə gəlib quran oxutdurmaq istəyənlərə xidmət göstərirlər. Dəstəmazxanaları, qadın və kişilərin ibadəti üçün ayrı-ayrı zalları olan məscidlərdən fotoreportajı sizlərə təqdim edirik.

İradə Nurəddinqızı

 

2 Dekabr, 2016  17:48 Baxılıb: 3066

Bu bölmədə