Simsar.az | bizi özünüzə Simsar bilin
BP-dən BANM - ə kitab kolleksiyası hədiyyəsi

BP Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına kitab kolleksiyası hədiyyə edib. Bu barədə Simsar.az -a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Kolleksiya riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarətdir.

Ali Məktəbdən bildirilib ki, BP kimi şirkətlərdən daxil olan hədiyyələr kitabxanaya maddi və mənəvi dəstək olmaqla, BANM-in tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə yardımçı olur: "BP-nin bu addımını Ali Məktəbin 5 illik yubileyi ərəfəsində kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-in rəhbərliyi BP şirkətinə xüsusi minnətdarlıq bildirib".

2 Dekabr, 2016  13:26 Baxılıb: 1696

Bu bölmədə