22 yaşlı gənc bıçaqlanıb - "Luna Park"da
Bakının Xətai rayonunda yerləşən "Luna Park" əyləncə mərkəzində 22 yaşlı oğlan bıçaqlanıb. "Report"un xəbərinə görə, "Luna Park"da oturacaqlardan birinə əyləşən 1994-cü il təvəllüdlü Seyfullayev Raul Mehman oğluna tanımadığı şəxs yaxınlaşıb və aralarında mübahisə yaranıb. Nəticədə həmin şəxs R.Seyfullayevə iki bıçaq zərbəsi vurub və ərazidən qaçaraq uzaqlaşıb. R.Seyfullayev "Təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Aydın Əsgərovu tutub.
2 Dekabr, 2016 12:54 ⁄ Baxılıb: 1770
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |