Əməkdar artist: "Gedin, özünüzə başqa sənət tapın "bezdarnı" yığınağı"
"Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası, əməkdar artist Naibə Allahverdiyeva serialları sərt tənqid edib. Simsar.az Ölkə.Az-a istinadən xəbər verir ki, sənətçi bu sahədə qeyri-peşəkarların çox olmasından gileylənib: "Təsadüfən ATV kanalında yayımlanan bir seriala baxdım və dəhşətə gəldim. Bu qədər qeyri-peşəkarlıq olar? Geyim üzrə rəssam yoxdurmu? Hadisə içi bahalı əşyalarla dolu villada baş verir. Ana rolunu-villanın sahibəsini oynayan aktrisanın qrimi, saç düzümü, xalatı varlı qadını yox, xadiməni xatırladır. Hələ operator, rejissor işindən danışmağa dəyməz. Çünki bu, faciədir. Məişət dilini seriallara gətirirlər ki, guya təbii danışıq dilidir. Başa düşmürlər ki, kinonun öz dili var. Seriallarda oynayan bəzi istedadlı aktyorlar da rejissor naşılığı üzündən pis vəziyyətdə qalırlar. Gedin, özünüzə başqa sənət tapın. "Bezdarnı" yığınağı".Xatırladaq ki, N.Allahverdiyeva son illər çəkilən bəzi seriallara dəvət alsa da, imtina edib.
2 Dekabr, 2016 12:50 ⁄ Baxılıb: 2400
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |