Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda ev yanıb, ölən var

Bakıda yaşayış evi yanıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində iki otaqlı ev 40 kv/m sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1973-cü il təvəllüdlü Tofiq Rəfibəy oğlu Səfibəyovun tüstüdən boğulmuş meyiti aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

1 Dekabr, 2016  11:05 Baxılıb: 1852

Bu bölmədə