Simsar.az | bizi özünüzə Simsar bilin
“İslamı gözdən salmağa çalışırlar” - Abel Məhərrəmov

Bakı Dövlət Universitetində “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.BDU-nun mətbuat xidmətindən Simsar.az-a daxil olan xəbərə görə, rektor, akademik Abel Məhərrəmov bildirib ki, dünyada aparıcı güclərin din amilindən geosiyasi maraqları üçün istifadə etdir. Bəzi güclərin din pərdəsi altında müxtəlif münaqişələr törətdiklərini, islamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onun gözdən salmağa yönələn siyasət həyata keçirdiklərini deyən akademik ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.

Tədbir Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyevin çıxışı başa çatıb.

30 Noyabr, 2016  16:59 Baxılıb: 1650

Bu bölmədə