Simsar.az | bizi özünüzə Simsar bilin
Etirazçılar bayrağı yandırdılar-TRAMPA ETİRAZ

Nyu-York şəhərində bir qrup etirazçı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa etiraz olaraq dövlət bayraqlarını yandırıblar.Simsar.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu addım D.Trampın bayraq yandırmaya qarşı ciddi cəzaların tətbiq olunacağı barədə açıqlamasına cavab olaraq atılıb.

Bundan əvvəl D.Tramp "Twitter" səhifəsində Amerika bayraqlarını yandıranların həbs olunması və ya vətəndaşlıqdan çıxarılmasının vacibliyini vurğulamışdı.

ABŞ qanunvericiliyinə əsasən, dövlət bayraqlarının yandırılması cinayət yox, etiraz forması kimi qiymətləndirilir.


30 Noyabr, 2016  16:29 Baxılıb: 1933

Bu bölmədə