Simsar.az | bizi özünüzə Simsar bilin
Xarici İşlər Naziri İndoneziyada

Elmar Məmmədyarov tədbirdə iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İndoneziyaya səfəri çərçivəsində Nazir Elmar Məmmədyarovun “Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və Yubiley görüşü”nün açılış mərasimində iştirakı, Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv olması münasibəti ilə çıxışı, tədbirin qapanma sessiyasında çıxışı və bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşləri nəzərdə tutulub.

23 May, 2011  16:27 Baxılıb: 1068

Bu bölmədə