Simsar.az | bizi özünüzə Simsar bilin
Saakaşvili yenə təhdidlər qarşısında

Mayın 25 Gürcüstanda geniş mitinq təşkil olundu

Keçmiş müdafiə naziri İrakli Okruaşvili ölkəyə gələrsə, həbs olunacaq. Bunu Gürcüstan Daxili İşlər Nazirliyinin Analiz və İnformasiya departamentinin rəisi Şota Utiaşvili jurnalistlərə açıqlamasında deyib. 

Bazar günü Gürcüstanın “Maestro” televiziyasında çıxış edən İrakli Okruaşvili deyib ki, mayın 26-da Tiflisə qayıdır və həmin gün Saakşavili hakimiyətinin sonu olacaq. O, Gürcüstanda həbs olunmaqdan çəkinmədiyini də deyib. Okruaşvili Fransada siyasi mühacir stasusu alıb.

Gürcüstanın “Rustavi-2” telekanalı isə məlumat yayıb ki, 3 gün əvvəl Okruaşvili Moskvada gizli görüşlər keçirib. Lakin bu görüşlərin təfərrüatları açıqlanmır.

Tiflisdəki aksiyaya gəldikdə isə Rusiya KİV-lərinin məlumatına görə, paytaxtın ayrı-ayrı hissələrində toqquşmalar olub. Xəbərə görə, Mərkəzi Xəstəxanaya 12 yaralı gətirilib, onlardan 3-ü hüquq- mühafizə orqanlarının əməkdaşıdır.

Bu arada müxalifət liderlərindən biri olan Sozar Subari mayın 25-i “Qəzəb günü” elan edib.

23 May, 2011  16:18 Baxılıb: 1106

Bu bölmədə