Simsar.az | bizi özünüzə Simsar bilin
AXCP aksiya istəyir, İctimai Palatadan isə xəbər yoxdu

Partiya üzvləri Məmməd Əmin Rəsulzadənin abidəsi önünə toplaşacaq

 

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisi Rəyasət Heyətinin Bakı şəhəri rayon təşkilatları fəallarının iştirakı ilə müşavirəsi keçirilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Simsar.az-a verdiyi məlumata görə, toplantıda bir sıra məsələlər, o cümlədən İctimai Palatanın xətti ilə davamlı mitinqlərin keçirilməsi mövzusu müzakirə olunub.

«Biz, həmçinin mayın 28-də Məmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbirinin keçirilməsini qərara aldıq. Müşavirədə mitinqlərin davam etdirilməsi barədə də qərar qəbul edildi», - deyə F. Qəhrəmanlı vurğulayıb.

Müşavirədə İctimai Palatanın rayonlarda təşkilatlanmasında AXCP-nin iştirakı ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparılıb.

İclasda İctimai Palatanın xətti ilə davamlı mitinqlərin keçirilməsi mövzusu müzakirə olunsa da palata hələ ki, bu barədə qərar verməyib.

22 May, 2011  01:26 Baxılıb: 1046

Bu bölmədə