Simsar.az | bizi özünüzə Simsar bilin
Publisistika müsabiqəsi

Əsərlər mayın 25-dən sentyabrın 25-dək qəbul ediləcək

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş müsabiqə keçirəcək. 

Partiyanın mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, YAP-ın Qadınlar Şurası Partiyanın üzvü olan alim, yazıçı, şair qadınlar arasında elmi, bədii, publisistik əsərlərin müsabiqəsini elan edir.

Müsabiqə Azərbaycan Respublikası müstəqilliyinin yenidən bərpa edilməsinin 20-ci ildönümünə həsr olunur.

Müsabiqəyə təqdim edilən əsərlər 2011-ci il mayın 25-dən sentyabrın 25-dək qəbul ediləcək.

Yekun mərasimi oktyabrın əvvəllərində keçiriləcək. Qaliblərə mükafatlandırılacaq.

20 May, 2011  16:10 Baxılıb: 1095

Bu bölmədə