Simsar.az | bizi özünüzə Simsar bilin
Manana prodüserindən niyə ayrılıb

Aqşində qəbul edə bilmədiyim çox mənfiliklər var idi

Simsar.az-ın məlumatına görə, o, prodüseri Aqşinlə ayrılmalarının səbəbini açıqlayıb. «Aqşinlə bir neçə il birgə işləmişik və bir-birimizə bacı-qardaş kimi olmuşuq. Amma o, heç vaxt prodüserdən tələb olunan işləri yerinə yetirməyib. Aqşin üçün yalnız əyləncə vacib idi. Mənimçün isə ilk yerdə yaradıcılığım dayanıb və dayanır. Aqşində qəbul edə bilmədiyim çox mənfiliklər var idi və bu üzdən də ayrılmalı olduq. Amma biz indi də dost olaraq qalırıq», - deyə Manana qeyd edib.
İfaçı yaxın vaxtlarda pərəstişkarlarına çoxsaylı sürprizlər edəcəyini də bildirib.

20 May, 2011  15:59 Baxılıb: 2763

Bu bölmədə