Simsar.az | bizi özünüzə Simsar bilin
Obama dünya liderlərinə səsləndi

Represiyalar dövrü bitdi

ABŞ prezidenti Barak Obama mayın 19-u Dövlət Departamentindəki çıxışında qeyd edib ki, Yaxın Şərq və Şimali Afrikada baş verən demokratik hərəkatlar demokratiya və islahatları təbliğ etmək üçün tarixi imkan yaradıb: “Regionda baş vermiş fövqəladə dəyişikliklər repressiya erasının başa çatdığını göstərir. Son altı ayın hadisələri sübut edir ki, repressiya siyasəti daha işləməyəcək. Demokratiya tərəfdarlarının son altı ayda əldə etdikləri nailiyyətləri terrorçular on illərlə əldə edə bilməyiblər. ABŞ region ölkələrində xalqlara qarşı zorakılıq və repressiyanın əleyhinədir, insanların universal hüquqlarını müdafiə edir. Bu hüquqlara azad ifadə, dinc toplaşmaq, din azadlığı, qanunların aliliyi şəraitində qadınlarla kişilərin bərabərliyi, öz liderini seçmək azadlığı daxildir”. 

Obama Suriya lideri Bəşər Əsədin qatil olmaq yolu ilə getdiyini, onun ya bu yoldan çəkinməli, ya da hakimiyyətdən getməli olduğunu deyib.

“Azadlıq” radiosunun məlumatına görə, ABŞ prezidenti İsrail-Fələstin danışıqlarından bəhs edərkən bildirib ki, sülh prosesi İsrail, İordaniya və Misirlə daimi sərhədləri olan Fəlsətin və Fələstinlə daimi sərhədləri olan İsrail dövlətinin yaranması ilə nəticələnməlidir: “Gələcək Fələstin dövləti İsrailin 1967-ci ilin Yaxın Şərq müharibəsi zamanı ələ keçirdiyi ərazilərdə yaradılmalıdır”.

20 May, 2011  15:47 Baxılıb: 1110

Bu bölmədə