Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə zəlzələ

Ölən və yaralananlar var

Mayın 20-nə keçən gecə yerli vaxtla saat 02.00 radələrində Türkiyədə 5,9 bal gücündə zəlzələ baş verib. 

Simsar.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Kütahyanın Simav qəsəbəsi yaxınlığında qeydə alınana yeraltı təkanlar nəticəsində 2 nəfər ölüb, 100 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumatda bildirilir ki, ölənlər dağıntı altında qalmayıb. Onlardan biri infarktdan, digəri isə həyəcanlanaraq binadan tullanması nəticəsində dünyasını dəyişib.

Bölgədə 5 mərtəbəli bina uçub, həmçinin iki məscid minarəsi də aşıb. Hadisə yerinə xeyli sayda xilasedicilər və tibbi briqadalar cəlb olunub. Uçqun altında kiminsə qalıb-qalmaması barədə məlumat yoxdur.

20 May, 2011  15:42 Baxılıb: 1097

Bu bölmədə