Simsar.az | bizi özünüzə Simsar bilin
İqtisadi İnkişaf Nazirliyi 430 kq-a yaxın zay məhsulu məhv edib

27 mağazada qanun pozuntusu aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı 27 mağazada qanun pozuntusu aşkarlayıb. Simsar.az-ın məlumatına görə, 

Bakı şəhərinin Nərimənov rayonunda
- H.Əliyev prospekti, ev 117, mənzil 37 ünvanında Vilayət İsmayılovaya məxsus mağazada;

Səbail rayonunda
- Badamdar şossesi, ev 139 ünvanında yerləşən “Kamran market”də;

Binəqədi rayonunda
- Z.Qəmbərov küçəsi, 1A ünvanında Əfət Nəcəfova məxsus mağazada;
- Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində Mətləb Albabayevə məxsus mağazada;
- Dairəvi, ev 64 ünvanında yerləşən “Sənan market”də;
- 7-ci mikrorayon, xarici dairəvi, 14 ünvanında Nadir Seyidova məxsus mağazada;
- S.S.Axundov küçəsində Nazim Ələkbərova və Qabil Kərimova məxsus mağazalarda;
- 7-ci mikrorayon, ev 3123 ünvanında Amil Səfərova məxsus mağazada;

Yasamal rayonunda
- D.Bünyadzadə küçəsi, 1 ünvanında yerləşən “Səma market”də;
- M.Seyidov küçəsi, 3114-cü məhəllədə Fərəsat Zəhirova məxsus mağazada;
- M.Seyidov küçəsi, ev 43, mənzil 2 ünvanındakı “Sara market”də;

Xəzər rayonunda
- Mərdəkan qəsəbəsi, Q.İsmayılov və N.Rəsulov küçələrinin kəsişməsində Eldar Muradova məxsus mağazada;
- Mərdəkan qəsəbəsi, Bakı-Mərdəkan şossesində Elşən Məmmədova məxsus obyektdə;
- Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində Bəxtiyar Əhmədova məxsus mağazada;
- Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən “Şağan market”də;



- T.Abbasov küçəsi, ev 2 ünvanında Kamil Məmmədova məxsus mağazada;

Xətai rayonunda
- S.Hümbətov küçəsi, 5-ci dairəvi ünvanında Tural Şirinova məxsus mağazada;
- Telnov küçəsi, ev 10, mənzil 8 ünvanında Şahin Məmmədova məxsus mağazada;

Gəncə şəhərində
- Xətai prospekti, 149 ünvanında Novruz Heydərliyə məxsus mağazada;
- Atatürk prospekti, 249 ünvanında Fuad Abidinova məxsus mağazada;

Goranboy rayonunda
- Qızılhacılı kəndində Natiq İsgəndərova məxsus mağazada;

Qazax rayonunda
- Ağköynək kəndində Xanbaba Kərimova məxsus mağazada;

Cəlilabad şəhərində
- Bakı-Astara şossesində Elşad Kərimova məxsus mağazada;

Ağstafa şəhərində
- Bazar daxilində Süleyman Vəliyevə məxsus mağazada;

Saatlı rayonunda
- H.Əliyev prospektində Ağalar Ağalarova və Nizami Hüseynova məxsus mağazalarda;

ümumi çəkisi 430 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. 
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

RAMIL

19 May, 2011  23:29 Baxılıb: 1247

Bu bölmədə