Simsar.az | bizi özünüzə Simsar bilin
Zay peçenye istehsal edən Elçin İsmayılov 1,5 min manat cərimə olunub

İqtisadi İnkişaf Nazirliyi “Haqsız rəqabət haqqında” qanunu pozanlara qarşı mübarizəni gücləndirir 

Bakı şəhəri, Günəşli qəsəbəsi, V yaşayış massivi, 40/41-ci məhəllədə Elçin İsmayılova məxsus istehsalat sahəsində zay peçeniye istehsalına görə, qurumun rəhbəri cərimə olunub. Simsar.az İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, məhsulların etiketlərində istehsalçının ünvanının göstərilməməsi, peçenyelərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi, habelə peçenye məhsullarının istehsalında xammal kimi mənşəyi məlum olmayan duzdan istifadə olunması səbəbindən sahibkar barəsində iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Elçin İsmayılova 1,5 min manat maliyyə sanksiyası tətbiq edilib.

19 May, 2011  20:55 Baxılıb: 1571

Bu bölmədə