Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Obama ərəb xalqlarına müraciət edəcək

Prezident region xalqlarına demoratik ideyalar verəcək

ABŞ prezidenti Barack Obamanın bu gün axşam ərəb dünyasına müraciəti nəzərdə tutulur. Prezident Obama «Ərəb baharı» adı ilə tanınan inqilablar barədə ölkəsinin siyasətini elan edəcək.

Prezidentin çıxışı ərəfəsində Ağ Ev rəsmiləri qeyd ediblər ki, dövlət başçısı ABŞ üçün son dərəcə vacib əhəmiyyətə malik bu regiona yeni yanaşma təqdim edəcəyini bildirirlər. Bura demorkatiya yoluna qədəm qoyan Misir, Tunis kimi ölkələrə milyardlarla dollar yardımların verilməsi də daxildir. Bu addımlar həmin ölkələrdə iqtisadi və demokratik islahatları gücləndirmək üçün nəzərdə tutulur.

1989-cu ildə kommunist rejimlərin iflasından sonra Mərkəzi və Şərqi Avropa ölkələrində baş verən prosesləri yada salan rəsmilərdən biri qeyd edib ki, indi Yaxın Şərqə də ABŞ iqtisadi sabitlik, müasirləşdirmə və islahatlar yolu ilə daha yaxşı iqtisadi idarəetmə təklif edə bilər.

ABŞ təkcə Misirə bir milyard dollar borc, daha bir milyard dollar borca da təminat verib.

Prezident Obamanın çıxışının həmçinin Ərəb-İsrail sülh prosesinə də təkan verəcəyi düşünülür. İsrail qəzetləri məlumat verirlər ki, Obamanın İsraili 1967-ci ilin sərhədlərinə çəkilməyə və Qərb Sahilində evlərin tikintisini dayandırmağa çağıracağı gözlənir.

Obama administrasiyası bu fikri inkar etsələr də qeyd ediblər ki, prezident region xalqlarına demokratiya istəyinə nail olmaq üçün xüsusi ideyalar verəcək.

19 May, 2011  20:29 Baxılıb: 1166

Bu bölmədə