Simsar.az | bizi özünüzə Simsar bilin
Xarici işlər naziri İndoneziyaya səfər edəcək

Bu barədə Simsar.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə İndoneziyaya səfər edəcək. Bu barədə Simsar.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd mayın 25-27-də Balidə keçiriləcək Neytrallar Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir. İclasda nazirlər aktual dünya məsələlərini, o cümlədən iqlim dəyişiklikləri, pandemiya, ərzaq təhlükəsizliyi, Yaxın Şərqdə vəziyyət kimi məsələlərini müzakirə edəcəklər.

Azərbaycan həmçinin Neytrallar Hərəkatına da qoşulacaq, bununla da hərəkat üzvü olan ölkələrin sayı 120-yə çatacaq. Xatırladaq ki, Azərbaycan indiyədək bu hərəkatda müşahidəçi statusu ilə təmsil olunurdu.

Neytrallar Hərəkatı özündə hərbi-siyasi bloklarda iştirak etməməyi əsas xarici siyasi kurs elan edən ölkələri birləşdirir. Bu hərəkat 1961-ci il Belqrad konfransında 25 ölkə tərəfindən təsis olunub.

19 May, 2011  17:44 Baxılıb: 1145

Bu bölmədə