Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ münaqişənin həllinə daha yaxından kömək edəcək

Filipp Qordon: "Dağlıq Qarabağ tənzimlənməsinin baza prinsiplərini təsdiqləməyin vaxtı çatıb"

“İşləri başa çatdırmağın və Dağlıq Qarabağ tənzimlənməsinin baza prinsiplərini təsdiqləməyin, sülh sazişi üzərində işə başlamağın vaxtı çatıb”. ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon belə hesab edir. “Bizim Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla Qafqazdakı birgə səylərimiz irəliləyişi təmin edib, lakin ərazilər ətrafındakı mübahisələr və gələcək siyasi və iqtisadi islahatların zəruriliyi sabitlik üçün başlıca maneə olaraq qalır”, - Qordon mayın 18-də Senatın Xarici əlaqələr komitəsinin Avropa işləri üzrə alt komitəsində çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının rəsmi saytında deyilir.

Filipp Qordonun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində dinc nizamlanmaya nail olmalarına kömək etmək üçün ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələrini artıracaq.

19 May, 2011  17:09 Baxılıb: 1159

Bu bölmədə