Simsar.az | bizi özünüzə Simsar bilin
Ərdoğan onu saymayan generalı tutdurub

"Bir ölkənin baş naziri anma mərasiminə gedər də, bir general-leytenant orada ayağa qalxmazmı?

Baş nazir Rəcəb Tayyib Ərdoğan Ankarada bir mərasimdə çıxış edərkən hazırda həbsxanada saxlanılan deputatlığa namizəd, general Engin Alandan da bəhs edib. Ərdoğan deyib: "Bir ölkənin baş naziri anma mərasiminə gedər də, bir general-leytenant orada ayağa qalxmazmı? Qalxması lazımdır. Qalxmadığı anda da əvəzini ödəyər. Zatən əvəzini də ödədi. Çanaqqalada anma mərasiminə gedirik, bu bəy əfəndi ayağa qalxmır. Ondan sonra da gərəyi edildi. Amma indi baxırsınız gedəcəyi yeri tapdı". 


Türkiyə mediasının məlumatına görə, Ərdoğanın bəhs etdiyi general-leytenant E.Alan "Ergenekon" iddiasında həbs olunub, Silivri həbsxanasında saxlanılır. 2010-cu ilin aprelində o, baş nazirin qarşısında ayağa qalxmamasına mediada belə bir izahat verib: "Mənə qubernator vasitəçiliyi ilə xəbər göndərir ki, 2 saat gec gələcəkmiş, "mərasimi gec başlatsınlar" deyir. Qəbul etmədim, ‘əmr dəyişməz' dedim. O da zamanında gəlmək məcburiyyətində qaldı. Çıxışı bitdi. Ayağa qalxmadım, alqışlamadım".

Bundan sonra əvvəlcə E.Alanın vəzifə müddəti uzadılıb, daha sonra təqaüdə göndərilib. Hələ də Silivri həbsxanasında olan general MHP-dən millət vəkilliyinə namizəddir.

O, Türkiyə ordusunun əfsanə isimlərindəndir. Xüsusi Qüvvətlər Komandanı olduğu dövrdə Abdulla Öcalanın 16 Fevral 1999-cu ildə Keniyadan Türkiyəyə gətirilməsi əməliyyatına rəhbərlik edib.

Bu hadisədən sonra Engin Alan bir yüksək vəzifəli dövlət məmuruna belə bir söz deyib: "İllər sonra Abdulla Öcalan Ankaraya gələcək, mən İmralıya gedəcəyəm".

Qeyd edək ki, terrorçubaşı Öcalan İmralı adasındakı türmədə saxlanılır.

Ərdoğanın son açıqlamasından belə çıxır ki, dövlət qarşısında bu qədər xidmətləri olan bir general-leytenant adi bir jestin - ayağa qalxmamasının güdazına gedib. Əgər E.Alan o vaxt baş naziri alqışlasaymış, indi həbsxanada olmazmış.

Bu da "Ergenekon" iddialarının pərdəarxası...

19 May, 2011  16:48 Baxılıb: 1216

Bu bölmədə