PƏNAH HÜSEYN QÜDRƏT HƏSƏNQULİYEVİ "DONQİLİ" ADLANDIRDI
“donqili” şirkətlər olduğu kimi, “donqili” siyasətçilər, “donqili” deputatlar və “donqili” adamlar da olur BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında, daha sonra isə partiyasının mətbuat xidmətinin yaydığı mətnlə İctimai Palatanın Koorsinasiya Şurasının üzvlərini ağır şəkildə ittiham edib. Əgər əvvəlki ittihamlarında ümumi ünvan göstərirdisə, daha sonra verdiyi açıqlamalarlda o, ad da çəkib. Deputat açıq mətnlə bildirir ki, onun əsas hədəfi İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyndir. Müxbirimiz Qüdrət Həsənquliyevin sərasər açıqılamalarının əsas hədəfi olan sabiq millət vəkili, İP KŞ üzvü Pənah Hüseynlə əlaqə saxlaya bilib. Pənah bəy məsələ ilə bağlı müxbirimizin suallarına cavab verərkən bunları deyib: “Ümumiyyətlə Qüdrət Həsənquliyevin bu cür açıqlamaları təəccüb doğurmamalıdır. Bu, onun xislətidir. Amma bu dəfə məsələnin içində başqa şeylər də var. Bilirsiniz ki, yaxınlarda Q.Həsənquliyev neft və ARDNŞ mövzusunda çıxış etmişdi. Görünür, “xahişi” sayəsində alacağı 10 faiz onun başını o qədər dumanlandırıb ki, Neft Şirkətinin və neftin Azərbaycandakı əsas “xozeyninin” kim olduğunu unudub və cızığını aşıb. Hər halda, görünən budur ki, ağaları onun qulağını bərk burub və ağlı başına gəlib. Xofa düşüb, mövzunu dəyişmək istəyir. İndi ona verilən rola uyğun işlə məşğul olur. Q. Həsənquliyevin siyasi bioqrafiyasında nə isə orijinal, yaradıcı bir şey yoxdur. Bu yaxınlarda İctimai Palatanın Yol Xəritəsinin güya onun rəhbərlik etdiyi partiyanın sənədlərindən mənimsənilməsi iddiasının necə biabırçı şəkildə boşa çıxdığını hamı gördü. Amma etiraf etmək lazımdır ki, Azərbaycanın siyasi leksikonuna “donqili” sözünü o gətirib. Burda qeydsiz – şərtsiz müəllifdir. Onun yaradıcılığını inkişaf etdirərək deyə bilərik ki, “donqili” şirkətlər olduğu kimi, “donqili” siyasətçilər, “donqili” deputatlar və “donqili” adamlar da olur. Bunlardan ən tipik nümunəsi Qüdrət Həsənquliyevin özüdür. “Donqili” olmayan ailə, qadın söhbəti etməz. Gözəl Bayramova, Vəfa Cümşüdlü (Müsavatın Qadınlar Şurasının üzvü-red) və yüzlərlə bizim qadın siyasi liderlər meydanlara öz ürəkləri, iradələri, cəsarətləri ilə çıxıb. Onların siyasətçi böyüklüyünə cinsi kişi olan min siyasətçi “müxalifətçi” sığar. Ümumiyyətlə isə Q. Həsənquliyevin qadınlardan danışmağa mənəvi haqqı və dili olmasın gərək. Bəlkə MSK- üzvü olarkən qarışdırdığı hərəkət yadından çıxıb?!
18 May, 2011 22:50 ⁄ Baxılıb: 1734
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |