Simsar.az | bizi özünüzə Simsar bilin
Maliyyə Nazirliyi növbəti test imtahanının nəticələrini açıqlayıb

Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün keçirdiyi test imtahanın nəticələrini açıqlayıb.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 5 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 2 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 48 nəfər fiziki şəxslərdən isə 25 nəfəri imtahandan müvəffəqiyyətlə keçib.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə və «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları»na uyğun keçirilir.

18 May, 2011  22:18 Baxılıb: 1609

Bu bölmədə