Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin xanımı və qızı Liviyadan qaçdı

Liviya lideri Müəmmar Qəzzafinin həyat yoldaşı qızı ilə birlikdə ölkəni tərk edib.

Simsar.az «Əl-Cəzirə» telekanalına istinadən verdiyi məlumata görə, onlar hazırda Tunis ərazisindədirlər. Qəzzafinin xanımı ilə qızının Cerba adasındakı mehmanxanada məskunlaşdıqları bildirilir.

Xatırladaq ki, İtaliyanın xarici işlər naziri Franko Frattini dünən verdiyi açıqlamada «Qəzzafi rejiminin sonuna saatlar qaldığını» bəyan edib.

18 May, 2011  21:32 Baxılıb: 1436

Bu bölmədə